Fərid Qayıbov gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb - FOTO 

Fərid Qayıbov gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb - FOTO 

Hazırda oxunan: Fərid Qayıbov gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb - FOTO 

99509

Gənclər və idman naziri Fərid Qayıbov elm, təhsil və tələbələrlə iş istiqaməti üzrə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, nazir görüşdən əvvəl Binəqədi Gənclər Evinin şəraiti ilə tanış olub, burada təmir-bərpa işləri, gənclər evinin fəaliyyətinin yenidən təşkili ilə maraqlanıb.

Görüşdə təşkilatların fəaliyyət istiqamətləri, onların qarşılaşdıqları çətinliklər, nazirliklə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin gənclərin fəallığının daha da artırılması, xüsusən elm və təhsil sahəsində yeniliklərin tətbiqi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Həmçinin bildirilib ki, tədbirdə gənclərin maarifləndirilməsi, yeni peşələrə yiyələnməsi barədə təkliflər səsləndirilib, həyata keçirilmiş və nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Fikirləri və təklifləri dinləyən nazir Fərid Qayıbov gənclər təşkilatlarının daha aktiv fəaliyyət göstərməsi, bu istiqamətdə işin bütün ölkəni əhatə etməli olduğunu qeyd edərək müvafiq tövsiyələrini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO