Son matçda zədələnən Kadidən XƏBƏR VAR – Bu oyunu buraxacaq  

Son matçda zədələnən Kadidən XƏBƏR VAR – Bu oyunu buraxacaq  

Hazırda oxunan: Son matçda zədələnən Kadidən XƏBƏR VAR – Bu oyunu buraxacaq  

99486

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"la Bakıdakı matçda (0:0) zədələnən futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib. Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.
Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşündə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı oktyabrın 27-si Fransada olacaq.(Qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO