Prezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiqi və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 2818 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri sədrlik edir.
Müşahidə Şurasının üzvləri elm və təhsil naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrindən ibarətdir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:57 / 15.10.2022
“Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edildi
Hazırda oxunan: “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edildi
Hazırda oxunan: “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edildi
99459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.