“Azərbaycan Elm Fondu” publik hüquqi şəxs YARADILDI

“Azərbaycan Elm Fondu” publik hüquqi şəxs YARADILDI

Hazırda oxunan: “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs YARADILDI

99456

Prezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb.

Bizim.Media-nın xəbərinə görə, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.

“Azərbaycan Elm Fondunun Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Elm Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. Fondun nizamnamə fondu 4157866,0 (dörd milyon yüz əlli yeddi min səkkiz yüz altmış altı) manatdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO