Fransa səfirliyi qarşısında AKSİYA – FOTO  

Fransa səfirliyi qarşısında AKSİYA – FOTO  

Hazırda oxunan: Fransa səfirliyi qarşısında AKSİYA – FOTO  

99451

Bakıda Fransa səfirliyinin qarşısında 40-a yaxın qadın və uşağın iştirakı ilə piket keçirilib.

Bizim.Media “Sfera.az”a istinadla xəbər verir ki, aksiyada Ermənistanın Gəncəyə raketlər atması nəticəsində həlak olmuş uşaqları simvolizə edən qanlı kəfənə bürünmüş kuklalar nümayiş edilib.  

“İştirakçılar əllərində həlak olmuş uşaqların adları və şəkillərini, eləcə də hücuma məruz qalan şəhərlərin adlarını əks etdirən plakatları tutublar. 

Həmçinin piketdə Azərbaycan xalqı adından Fransa Senatına və xalqına ünvanlanmış petisiyanı dəstəkləyən transparantlar da yer alıb”. 

Qeyd edək ki, səfirlik nümayəndələri vətəndaşlarımıza özlərinə məxsus etinasızlıqla yanaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO