“Azərbaycan Dəmir Yolları” QSC-nin 4 dəmiryolçu şəhidi ölümündən sonra “Azərbaycan Dəmir Yollarının 140 illiyi” yubiley medalı ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə QSC-nin məlumatında bildirilib.
Məlumata görə, Peşə Bayramı Günü münasibətilə QSC-də şəhid ailələri ilə görüş keçirilib, medallar şəhidlərin ailə üzvlərinə təqdim edilib.
Eyni zamanda QSC əməkdaşları arasında yüksək motivasiya, peşəkarlıq göstəricilərinin artırılmasına nail olunması məqsədilə yüksək əmək intizamına görə fərqlənmiş 792 əməkdaş fərdi və kollektiv qaydada mükafatlandırılıb.
Əmək fəaliyyətinin səmərəli göstəricilərinə görə fərqlənmiş əməkdaşlar "Fəxri dəmiryolçu" döş nişanı, "Fəxri Fərman", “Xatirə nişanı”, “Təşəkkürnamə”, "Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi","Ən yaxşı işçi kollektivi" adı ilə mükafatlandırılıb, 17 əməkdaşa Əmək veteranı adı verilib və pul mükafatları təqdim edilib.
Qeyd edək ki, peşə bayramı günü ilə bağlı keçirilən tədbirlər çərçivəsində ADY-də “ARTtrain” adlı rəsm sərgisi keçirilib.
Sərgidə ADY əməkdaşlarının övladları üçün təşkil edilmiş müsabiqəyə təqdim edilən əsərlər nümayiş olunub.
Müsabiqəyə ümumilikdə 58 rəsm işi təqdim edilib. Hər yaş kateqoriyası üzrə 3 qalib olmaqla ümumilikdə 9 qalib seçilib, qaliblərə pul mükafatı və müxtəlif hədiyyələr təqdim olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:37 / 14.10.2022
ADY-də şəhid dəmiryolçuların ailələri ilə görüş keçirilib - FOTO
Hazırda oxunan: ADY-də şəhid dəmiryolçuların ailələri ilə görüş keçirilib - FOTO
Hazırda oxunan: ADY-də şəhid dəmiryolçuların ailələri ilə görüş keçirilib - FOTO
99349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.