İsmayıllıda can verən atları kəsən şəxs ifşa edildi

İsmayıllıda can verən atları kəsən şəxs ifşa edildi

Hazırda oxunan: İsmayıllıda can verən atları kəsən şəxs ifşa edildi

99327

İsmayıllıda aqoniya (canvermə) halında olan iki at kəsilib. Həmin heyvanların 210 kq ətinin satışa çıxarılmasının qarşısı alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. 
 
Belə ki, Agentlik əməkdaşları tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş reyd zamanı İsmayıllı rayonu, Yuxarıbaş kəndində vətəndaş Ziliyev Vüqar Təşkilat oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi çəkisi 210 kq 2 baş at cəmdəyi qalıqları aşkarlanıb.
İlkin araşdırmalar nəticəsində heyvanın aqoniya halında kəsildiyi və istehlaka yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulun toxunulmazlığı təmin edilib və nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. 

Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO