Kürdəmirdə avtobus traktorla toqquşdu - Yaralılar var

Kürdəmirdə avtobus traktorla toqquşdu - Yaralılar var

Hazırda oxunan: Kürdəmirdə avtobus traktorla toqquşdu - Yaralılar var

99320

Kürdəmirdə mikroavtobus traktorla toqquşub, xəsarət alanlar var. 

Bizim.Media xəbər verir ki, hadisə Qarabucaq kəndinin yaxınlığında qeydə alınıb. 

Belə ki, "Ford" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək hərəkətdə olan qoşqulu traktora çırpılıb. 

Nəticədə "Ford"un sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO