Fəsil dəyişiminə niyə DÖZÜMSÜZÜK? – Psixoloq və həkimdən SOS

Fəsil dəyişiminə niyə DÖZÜMSÜZÜK? – Psixoloq və həkimdən SOS

Hazırda oxunan: Fəsil dəyişiminə niyə DÖZÜMSÜZÜK? – Psixoloq və həkimdən SOS

99267

Psixoloji cəhətdən özümüzü payız dövrünə hazırlamaq üçün hər dəfə kifayət qədər problemlər yaşayırıq. Bu azmış kimi mövsümdəki dəyişikliklərlə yanaşı havada radiasiya və maqnit qasırğası müşahidə olunur. Əksər insanlar  son 10 gündə kəskin başağrıları, başgicəllənmə, yorğunluq, yuxuya meylliliklə günə başladıqlarından gileylənir. Analoji haldan əziyyət çəkənlərin çoxu isə orqanizmində narahatlıqları olanlardır. Payız depressiyası və anomal hava insan orqanizminə ciddi şəkildə təsir edir. Həm tibbi, həm də psixoloji cəhətdən gərginliyə qapılan insanlar aktiv həyata adaptasiyada çətinlik çəkirlər.  

Tanınmış terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında deyib ki, bu dönəmdə səhhətindəki narahatlıqlarla bağlı daha çox qadınlar şikayətlənir:
 

MÖVZU İLƏ BAĞLI:

Payız DEPRESSİYASI – Çıxış yolu nədir?


“Daha çox gənc və yaşlı qadınlar müraciət edir. Bu da həm də bilavasitə mövsümlə əlaqədar qadın orqanlarında və əsəb sistemində baş verən dəyişikliklərlə bağlıdır.

Əlbəttə ki, Azərbaycanda iqlim normal şəkildə getmir və təbiətdə gedən istənilən dəyişik insana birbaşa təsir edir. Maqnit anomaliyaların özü insan orqanizmində elektrik yüklənmiş hissəciklərində düzgün istiqamətdə paylanmasını təmin edən bir prosesdir. Maqnit qasırğasının özü insan orqanizmində yüngül dəyişikliklər, başgicəllənmə və halsızlıqlar yarada bilir”.

Həkim insanlara iş və istirahət rejiminin düzgün qurulmasını tövsiyyə edib:

“Bizə müraciət edən xəstələrin demək olar ki, 80 faizi ən azı sutkada 14-15 saat işləyirlər. Təbii ki, belə gərgin işdə işləyənlərin normal səhhəti ola bilməz. Onlar mütləq şikayət etməlidir. İş rejimi və istirahət düzgün bölünsə, əminəm ki, hər şey yaxşı olacaq”.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə insanların əksəriyyəti iqlimdə, təbiətdə və ya hər hansı baş verən dəyişiklikləri özünətəlqin edir:

“Özünətəlqinlə öz əhvallarını korlayırlar. Cəmiyyətdə müxnəlif xarakterdə insanlar olduğuna görə, psixologiyaları da fərqlidir. Xroniki xəstəlikdən əziyyət çəkən insanlar sözügedən məsələyə daha həssas yanaşırlar,  emossional olurlar və hətta ətrafa təqlin edirlər.

Psixohəssas diabet, psixohəssas təzyiq və ya digər xəstəliyi olanların ətrafındakı insanlar onların təsirinə tez düşə bilir. Ümumiyyətlə havanın, fəslin təsirinə psixohəssas insanlar daha tez düşür. Həmçinin bu kimi hallara xroniki somatik depressiyadan əziyyət çəkən insanlar tabe olur. Fəsil dəyişiklikləri fiziologiymıza da təsir edir. Fəsil dəyişiminə daha çox dözümsüzlüyü adaptasiya problemi olan insanlar  edir. Amma bundan həzz almağı bacarmaq lazımdır. Eynilik insanı yorduğu üçün fəsil dəyişimləri insana zövq verməlidir. Bu payızdan, sabah qışdan, sonta yaz və yaydan həzz almaq lazımdır”.

Psixoloq insan orqanizmində metobolizmanın daha sürətli getdiyi dövrü xüsusilə qiymətləndirməyi vacib sayır:

“Axşam saat 23:00-dan gecə 02:00-a qədər metobalizmamız sürətlə işləyir. Bu halda yuxu rejimi daha effektlidir. Metobolizma normal işləməyəndə sinir siteminə və bədənin müxtəlif orqanlarına təsir edir. Səhər durub aqressiv oluruq. İnsanlara qarşı qıcıq oluruq və qıcığa reaksiyamız güclü olur.  Təbii ki, sosial problemlər, tıxac, işdə qarşılaşdığımz mənfi və müsbət enerjili insanlar, bunlar hamısı təsir edir. Psixohəssas insanlara yüklənən bu məsuliyyətlər onları depressiyaya sala bilir. Ona görə olduqca sakit olmaq və ən əsası sinirlərimizi qorumaq üçün enerjisoran insanlardan uzaq durmaq, vaxtında yatmaq lazımdır”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO