Daşkəsəndə Vətən uğrunda canından keçən şəhidlər anılıb – FOTO  

Daşkəsəndə Vətən uğrunda canından keçən şəhidlər anılıb – FOTO  

Hazırda oxunan: Daşkəsəndə Vətən uğrunda canından keçən şəhidlər anılıb – FOTO  

99264

Daşkəsən rayonunun Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsi şəhidləri - gizir Abdullayev Şəhriyar Kamil oğlunun anım mərasimi və gizir İsmayılov Novruz Nürəddin oğlunun 35-ci doğum günü ilə əlaqədar tədbir keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasimdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Daşkəsən və Kəlbəcər rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, şəhid anaları və qazilər iştirak ediblər.  

Şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub. Anım tədbirində çıxış edən icra başçısı Ə.Abıyev şəhidlərin ailələrinə rayon ictimaiyyəti adından bir daha başsağlığı verib.  

O, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. İcra başçısı ölkə rəhbərliyinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışıb.  
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlər gizir Şəhriyar Kamil oğlu Abdullayevin və gizir Novruz Nürəddin oğlu İsmayılovun döyüş yoluna nəzər salınıb.  

Onların Vətənə və bayrağa məhəbbəti, daim torpaqlarımızın azad etmək istəkləri xüsusi vurğulanıb.  

Mərasimdə o da qeyd olunub ki, müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsi daim əziz tutulacaq, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaq.

Şəhid Şəhriyar Abdullayevin atası Kamil Abdullayev, anası Firuzə Abdullayeva və Şəhid Novruz İsmayılovun atası Nürəddin İsmayılov, anası Qəmilə İsmayılova ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.  

Sonra Daşkəsən Şəhidlər Xiyabanında şəhidlərin ruhuna ehsan verilib.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO