Yemək gətirdikləri üçün tələbələrin bufetdən qovulmasına Xəzər Universitetindən REAKSİYA 

Yemək gətirdikləri üçün tələbələrin bufetdən qovulmasına Xəzər Universitetindən REAKSİYA 

Hazırda oxunan: Yemək gətirdikləri üçün tələbələrin bufetdən qovulmasına Xəzər Universitetindən REAKSİYA 

99249

Xəzər Universitetinin tələbələrinin təhsil müəssisəsinin bufetinə öz aldıqları qidalarla buraxılmadıqlarını xəbər vermişdik.

Bu şikayətlə Bizim.Media-ya universitetdə təhsil alan tələbənin anası Ülkər Ziya müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Xəzər universitetinin tələbələri bufetdən QOVULUR – Valideyndən ŞİKAYƏT 


Onun sözlərinə görə 10 gündür ki,  universitetin bufetinə kənardan yemək gətirən tələbələr deyil, yalnız universitetin bufetindən yemək alanlar buraxılır. Şikayətçi universitetin bufetində satılan qidaların həddindən artıq baha olduğundan və tələbələrə qoyulan qadağadan gileylənib.

Qeyd edək ki, valideynin saytımıza müraciəti ilə yanaşı məsələ sosial şəbəkələrdə də aktuallaşıb. 

Xəzər universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əlövsət Əmirbəyli Bizim.Media-ya açıqlama verib.

O, universitetin bufetində tələbələrə hər hansı məhdudiyyət qoyulmadığını bildirib:

“Universitetin yeməkxanasında tələbələrə və müəllimlərə evdən gətirdikləri yeməyi qızdırmaq üçün heç bir problem yoxdur”, deyə Əlövsət Əmirli qeyd edib. 

Xatırladaq ki, 5 ay əvvəl də Xəzər Universitetinin bufetində sözügedən məsələ ilə bağlı biabırçı elan asılmışdı. Elanda bufetə kənardan yemək gətirən şəxslərin töhmət alacağı qeyd olunmuşdu.

Universitetdən dərhal məsələyə reaksiya verilərək, qanunsuz hərəkətlə bağlı yeməkxana müdirinin rəhbərlik səviyyəsində ciddi cəzalandırılacağı bildirilmişdi.

Ümid edirik ki, tələbələrə bir daha süni və qanunsuz müdaxilələr edilməz. 

Qeyd edək ki, ali təhsil ocağının rektoru İradə Xəlilovadır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO