Elektron səhiyyə ilə bağlı ümumi platforma yaradılır

Elektron səhiyyə ilə bağlı ümumi platforma yaradılır

Hazırda oxunan: Elektron səhiyyə ilə bağlı ümumi platforma yaradılır

99248

"Azərbaycanda elektron səhiyyə ilə bağlı ümumi platformanın yaradılması müzakirə olunur". 

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. 

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektronlaşma ilə bağlı çox böyük işlər görüldüyünü xatırladan sədr qeyd edib ki, xəstəxanalarda artıq bütün pasiyentlərin qeydiyyatı elektron formada aparılır. 

Onun sözlərinə görə, vətəndaşlar şəxsi kabinetə daxil olub aldıqları tibbi xidmətlərə dair məlumatı onlayn əldə edə bilirlər. 

Əlliyə yaxın tibb müəssisəsinin laboratoriyasının elektronlaşdırıldığını vurğulayan Z.Əliyev deyib ki, görülən işlərə rəğmən ümumi sistemdə fraqmentasiyalar mövcuddur:

"Elektron səhiyyə ilə bağlı ölkədə ümumi bir platformanın yaradılması müzakirə olunur. Bu platformaya Səhiyyə Nazirliyi, TƏBİB, digər nazirliklərin tabeliyindəki tibb müəssisələrinin, həmçinin özəl tibb müəssisələrinin inteqrasiyası nəzərdən keçirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO