Yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 824 min şəxsə sosial müavinət və təqaüd ödənilib.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, onlardan 455 mini sosial müavinətlə, 369 mini Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 36 faiz çox olmaqla 700 mln. manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 402 mln. manat ödənilib.
Bu ilin 9 ayında 179 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 400 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:18 / 14.10.2022
Əhaliyə 700 milyon manat sosial müavinət ödənilib – RƏSMİ
Hazırda oxunan: Əhaliyə 700 milyon manat sosial müavinət ödənilib – RƏSMİ
Hazırda oxunan: Əhaliyə 700 milyon manat sosial müavinət ödənilib – RƏSMİ
99234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.