Hərbi attaşelər Gəncədə raket zərbəsindən dağılan ərazidə olublar - FOTO

Hərbi attaşelər Gəncədə raket zərbəsindən dağılan ərazidə olublar - FOTO

Hazırda oxunan: Hərbi attaşelər Gəncədə raket zərbəsindən dağılan ərazidə olublar - FOTO

99208

Azərbaycanda akkreditə olunmuş 12 xarici ölkənin diplomatik korpuslarının 20-ə yaxın hərbi attaşelərinin və nümayəndələrinin Gəncəyə səfəri başlayıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib. 

Qonaqlara məlumat verilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 27 mülki şəxs həlak olub, 142 dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 

Səfər zamanı o da qeyd olunub ki, 44 günlük müharibə zamanı döyüş meydanlarında uğursuzluğa düçar olan Ermənistan hökuməti dinc əhaliyə qaşrı əsl terror aktı törədərək günahsız insanların ölümünə, yaralanmasına səbəb olublar. Bildirilib ki, cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir ki, bu da beynəlxalq hüququn norma və prinsiplərinə, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına ziddir. Qonaqlar raket zərbələri nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq hadisə baş verən əraziyə güllər qoyublar. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO