Paytaxtda avtobus sürücüsü döyüldü - VİDEO 

Paytaxtda avtobus sürücüsü döyüldü - VİDEO 

Hazırda oxunan: Paytaxtda avtobus sürücüsü döyüldü - VİDEO 

99133

Bakıda 204 nömrəli sərnişin avtobusuna dayanacaqdan kənarda minmək istəyən şəxs buna imkan yaratmadığı üçün sürücüyə xəsarət yetirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Məlumata görə, hadisə ötən gün saat 20:14-də “Kənan-2000” MMC-nin istismarında olan müntəzəm marşrut xətti üzrə avtobusda baş verib.
Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90VF933 dövlət qeydiyyat nömrəli avtobus "Koroğlu" metrostansiyasından Ramana qəsəbəsi istiqamətində hərəkət edərkən 78 saylı məktəbin qarşısında 2 kişi və 1 qadın dayanacaqdan kənar avtobusa minmək istiyib.

Amma sürücü avtobusu təyin olunmuş dayanacaqda saxlayıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib.

Sonda şəxslərdən biri sürücüyə fiziki güc tətbiq edərək ona xəsarət yetirib. Daşıyı hadisə barədə polisə müraciət edib və araşdırma aparılır. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO