Hövsanda TƏHLÜKƏLİ obyekt bağlandı - FOTO/VİDEO

Hövsanda TƏHLÜKƏLİ obyekt bağlandı - FOTO/VİDEO

Hazırda oxunan: Hövsanda TƏHLÜKƏLİ obyekt bağlandı - FOTO/VİDEO

99033

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, agentliyin müfəttişləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Orxan-Vüsal” MMC-yə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan tutumların müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
 

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən qeyd olunanlarla əlaqədar maye qazdoldurma məntəqəsinin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə təqdim edilib.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO