Daşkəsəndə “VAZ-2107” dərəyə aşdı – 4 nəfər xəstəxanalıq oldu

Daşkəsəndə “VAZ-2107” dərəyə aşdı – 4 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Daşkəsəndə “VAZ-2107” dərəyə aşdı – 4 nəfər xəstəxanalıq oldu

98987

Daşkəsən rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Daşkəsən-Əmirvar yolunda hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. 

Qəza nəticəsində 2003-cü il təvəllüdlü X.Bağırov və avtomobildə olan 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Vəziyyəti daha ağır olan X.Bağırov Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb. 
 

Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO