Valideynlər övladlarının ilham mənbəyi kimi...

Valideynlər övladlarının ilham mənbəyi kimi...

Hazırda oxunan: Valideynlər övladlarının ilham mənbəyi kimi...

98959
Valideynlər bizim etdiklərimizin və etmədiklərimizin səbəbkarlarıdır.

Kifayət qədər geniş olan bir mövzu ətrafında qısa rəyimi bildirmək qərarına gəldim. Ətrafımı müşahidə etdikcə nə qədər passiv olduğumu düşündüm və yeni bir mövzunun əsas planını ortaya qoydum. Elə qeyri-adi heç nə yoxdur, sadəcə, mənim fikirlərimdir deyə olduqca dəyərlidir. Və öz fikirlərimə dəyər verməyi öyrənəndən bəri onları ürətməkdən də çəkinmirəm.

İlkin gəldiyim məhz dəyər məsələsidir. Tərəzinin gözündə dəyər hər şeydən daha ağır gəlir, dəyər ən qiymətlilərdən biridir. Düşünməyin ki, insanlara dəyər ölçülmür. Biz hər gün özümüzü satırıq. Nə qədər keyfiyyətli olduğumuzu ətrafımızın keyfiyyəti müəyyənləşdirir. Əsas olan necə istehsal olunmağımızdır, əgər bizi keyfiyyətli firma əmələ gətiribsə, ətrafımızın keyfiyyətsiz olması qeyri-mümkündür. Odur ki, öz dəyərinizi müəyyənləşdirin və çürük yerləri yamamağı bacarın. Bərpa etmək bərpa etməkdi, fərqi yoxdur bunun necə edirsən.

Heç kim öz istehsalçısını pisləmək istəməz, bu həm də öz keyfiyyətsizliyinə işarədir. Amma yanlışları üzə vurmasaq, növbəti ixrac olunub digərlərinin içərisinə daxil olan keyfiyyətsizlər bərpa olunmuş məhsulları yenidən zaylayacaqlar. Paxıllığı bir kənara buraxıb yanlış tikiş yerlərini qarşımızdakılara bildirməliyik. Ola bilsin ki, söküb yenidən tikmək lazım gələcək, amma bunu etmək vacibdir.

Belə bir yanaşmanı valideynlərlə övladlarının münasibətlərinə aid etsək, onda olduqca önəmli məqamlara, tərs və ya əyri alınmış gələcəyə rast gələ bilərik. Ya keyfiyyətsizliyi və bacarıqsızlığı gözə alıb istehsal etməkdə davam etməli, ya da nələrisə yeniləyib özümüzü bərpa etməliyik. İnsanların psixoloji durumları yetişdirməyə imkan vermirsə, bu iş onlara məsləhət görülmür. Əgər valideyn dünyaya gətirdiyi məhsulun bir canlı olduğunu düşünüb özünə yeridə bilmirsə, öz məsuliyyətini anlayana qədər dərindən nəfəs alsın. Həyatın yazılmamış qanunlarının valideyn-övlad fəslində deyilməlidir: “Əgər valideyn həyatın digər qanunlarının doğru və ya yanlış olduğunu müəyyənləşdirə bilmirsə, bunu öz məhsuluna necə yeridəcək? Odur ki, övlad yalnız dərrakəli insanın haqqıdır, dünyada artıq dərrakəsizlər üçün yer daralıb.”x9d

Övladına təhsil verməyi qarşısına məqsəd qoyan valideyn alidir. Amma çalışmaq yalnız maddi qazanca aid deyil, elə çalışmaq lazımdır ki, həm maddiyyatı, həm də mənəviyyəti tarazlaşdırmaq mümkün olsun. Sizin üçün pul həddindən çox şey ola bilər. Məsələn, məktəb ləvazimatları, bütün paltarlar, əlavə xərclər və s. hamısı məhz maddi qazancın sayəsində ərsəyə gəlir. Amma güvən, etibar, sevgi, hörmət, dəyər kimi bir sıra ünsürlər var ki, insana pulların sayəsində çatmır. Bəlkə də xəyallar və hisslərin təlatüm elədiyi bir aləmdə yaşadığımı düşünəcəksiniz, amma mən kifəyət qədər realistəm və dediklərimin hamısı da realdır. Sadəcə qəlbinizin səsini dinləyin, özünüzə gördüklərinizi analiz eləmə bacarığını aşılayın. Həyatın çətinlikləri sizin belinizi büksə belə, ətrafınızın dik qalması üçün bütün gücünüzü səfərbər etsəniz, dünayada sizdən keyfiyyətli istehsalçı olmayacaq və həm də siz fəaliyyətinizi genişləndirmiş olacaqsınız ki, bu da daha çox qazanc deməkdir. Görürsünüz ki, həyat yalnızca pul qazanmaq üçün işləməkdən ibarət deyil, daim hərəkətdə olub özünüzə və ətarafınızə digər ali xüsusiyyətləri də qazandıra bilərsiniz.

Əgər təhsildən danışırıqsa, bu, bizim ən yaralı nöqtəmizdir. Övladına təhsil verən bir valideyn nə qədər çalışsa da, bu öhdəliyi bütünlüklə müəllimlərin üzərinə ata bilmir. Ümumiyyətlə, valideynlər hər məqamda narahat olurlar. Bəziləri öz nüfuzuna görə, bəzisi övladının passivliyinə görə, bəzisi təhsilin daha çox sərmayə tələb elədiyinə görə... Saymaq dərdləri yada salmaq kimi görünsə də, bunların heç biri dərd olmağa layiq deyil. İnsan öz gərginliklərinin yüngülləşdirici təsir mənbəyidir. Gərginlik bizi tərk etməyəcək, amma o xeyli azalacaq və biz kifayət qədər rahatlaşmış və enerjili birinə çevriləcəyik.

Qorxunun nə demək olduğunu unudun, bütün kompleksləri bir kənara atın, axı siz valideynsiniz. Valideyn - öz super, hiper qüvvəsi ilə eyni zamanda bir necə beyni öz idarəsi altında saxlayıb onlara hərəkətverici qüvvəni aşılayan əvəzolunmaz elektrik sahəsidir. Bu elektrik insanın ruhunu qidalandırır, mənəvi kamilləşmənin əsasını qoyur. Heç bir düşüncə tərzi mənəvi qazancın əldə olunmasını inkar edə bilməz.

Bizi idarə edən ali bir beyin var və biz istəməsək belə, o ali beynin əmr etdikləriylə hərəkət edirik. Məhz buna görə insan özünü sərbəst, müstəqil hiss eləyə bilmir. Müstəqillik əvəzedilməz sərvətdir. Heç kim müstəqil olduğunu söyləyə bilməz, söyləsə belə, gətirəcəyi dəlillərin varlığına şübhə eləyirəm. Bu yanaşmanı istiqamət götürüb yeni mühazirə üsuluna başlayın. Bu mühazirə övladlarımızı yatızdırmaq üçün təşkil olunmur, məhz bu mühazirə onların öz enerjilərini xeyirli sahələrə yatırması və gəlir əldə etməsi barədədir. Məsələn, əgər övladınızın idmana marağı həddindən artıqdır və siz onun hökmən iqtisadiyyatçı olmasını istəyirsinizsə, problem sizdədir. İstək problem deyil, bu istəyin cücərtiləri varsa, onu birdən-birə çəkib atmaq çətin məsələdir. Elə isə uşağın talantını müəyyənləşdirib qərarınızı dəqiqləşdirin. Məsələn, mənim yaşıla qarşı fobiyam var, amma mən yaxşı futbol oynamaq istəyirəm. Əgər oynadığımız sahə sementdən və ya qumdan olarsa, mənim qarşımı ala bilməzsiniz. Bu, bir qədər gülməli səslənəcək, amma deyim ki, gülməli heç nə yoxdur. Müəyyənləşdirmə dedikdə məhz bunu nəzərdə tuturam. İnsan öz əksikliklərini müəyyənləşdirmə gücünü əldə edənə qədər valideynlərindən asılı olur. Di gəl ki, valideynin özü də fərdi potensialını müəyyənləşdirənə qədər çox küləklər əsir ailənin üzərindən.

Əgər hər şeyi məhz sizin düzgün elədiyinizi fikirləşirsinizsə, çoxdankı problemin sütunları altında ilişib qalmısınız. İnsanlar düşünməyi lap aşağı yaşlarından bacarırlar. Əgər böyüklər kiçiklərə doğru yolu göstərib onlara inam aşılaya biləcəklərsə, hər şey yaxşı olacaq. Valideynlər övladlarının ilham mənbələridir. Bu, dəyişməz qanundur. Biz bir-birimizdən asılıyıq, nə qədər ki, müstəqil olmağı bacarmamışıq, bu asılılığı öz xeyrimizə çevirməliyik. Valideynlər övladlarına öz hakimiyyətlərini birbaşa diqtə etməməli, diktatora çevrilməməlidirlər. Hər şey mənəvi zənginliyin miqdarından asılıdır. Hər kəs öncə özünü, sonra isə təbəələrini yetişdirsə, dünyada insani problemlər mövcud olmaz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO