Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası başa çatıb - FOTO 

Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası başa çatıb - FOTO 

Hazırda oxunan: Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası başa çatıb - FOTO 

98941

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası başa çatıb. 

Bizim.Media xəbər verir ki, doqquz gün davam edən kampaniya çərçivəsində xüsusi tərtibatla dizayn edilmiş avtobusun iştirakı ilə səyyar maarifləndirmə tədbirləri Bakı şəhəri, Şamaxı, Salyan, Lənkəran, Yardımlı, İmişli, Yevlax, Şəki və Xaçmaz rayonlarında təşkil edilib. 

Tədbirlərdə “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri tərəfindən sakinlərə qız övladlarının dəyəri, onların hərtərəfli inkişafı və səlahiyyətləndirilməsinin əhəmiyyəti barədə məlumatlar verilib, məlumatlandırıcı çap materialları paylanılıb, maraqlı müsabiqə və interaktiv oyunlar keçirilib. 

Həmçinin uşaqların səmərəli vaxt keçirməsi, qızların həvəsləndirilməsi məqsədilə təşkil edilən robotexnika və rəsm guşələri ziyarətçilər, xüsusən də uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, kampaniya cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etmək məqsədi ilə həyata keçirilib. 

Kampaniya Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması”, eləcə də UNFPA və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramları çərçivəsində təşkil olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO