Ağdam Sənaye Parkında tikinti işlərinə START VERİLDİ 

Ağdam Sənaye Parkında tikinti işlərinə START VERİLDİ 

Hazırda oxunan: Ağdam Sənaye Parkında tikinti işlərinə START VERİLDİ 

98935

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İZİA-nın  məlumatında qeyd olunub. 

Bildirilib ki, sənaye Parkının rezidentlərindən “Dadaş-N” MMC müxtəlif çeşiddə sintetik xalçaların, “Veliev” MMC Prefabrik dəmir-beton məmulatları istehsalı müəssisələrinin inşasına start verib. Sənaye Parkının digər rezidentləri tərəfindən isə layihələndirmə işləri görülür və yaxın zamanda tikinti işlərinə başlanması planlaşdırılır. 

Bundan başqa, Ağdam Sənaye Parkında iki şirkətə qeyri-rezidenetlik statusu verilib.

Onlardan biri - “Yüksəl Beton” QSC artıq Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlanılıb. Şirkət tərəfindən istehsal olunan beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO