HOLOKOST - “Xəzər Xaqanlığının yəhudilərə sevgisini unutmamışıq” - Mixail Finkel

HOLOKOST - “Xəzər Xaqanlığının yəhudilərə sevgisini unutmamışıq” - Mixail Finkel

Hazırda oxunan: HOLOKOST - “Xəzər Xaqanlığının yəhudilərə sevgisini unutmamışıq” - Mixail Finkel

9892

Bu gün yanvarın 27-də dünyanın hər yerində Holokostun - yəhudi millətinin 2-ci Dünya müharibəsi illərində faşist rejimi tərəfindən soyqırıma məruz qalmasının ildönümü qeyd olunur.

Holokost 1933-cü ildə Adolf Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra başlayıb və 1945-ci ildə nasistlərin Müttəfiq güclər tərəfindən məğlub edildikdən sonra başa çatıb. Burada əsas prinsip nasistlərin təqibləri və yəhudilərin və digər xalqların planlı şəkildə qırılması idi.

Xatırladaq ki, yəhudilərdən əlavə nasistlər qaraçıları, homoseksualları, “Yehova şahidləri”ni və əlilləri də təqib edərək qətl edirdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakıdan «Holokost» paylaşımı - FOTO


Yəhudilərin ümumxalq hüzn günündə Bizim.Media israilli tarixçi və politoloq Mixail Finkellə əlaqə saxlayıb. 

O, açıqlamasında bildirib ki, Holokost yəhudi tarixində hər zaman sağalmaz yara olaraq qalacaq.

“Holokost çox dəhşətli sözdür. Bu ingilis dilindən tərcümədə “Atəşdə qurbanvermə” deməkdir. Dünyada hər üç yəhudidən biri üçüncü Reyxin ordusu tərəfindən qətlə yetirilib”.

Tarixçi onun ailəsinin bir çox üzvünün də Holokost qurbanı olduğunu bildirib. 

“Bizim ailəmizdə də bu soyqırımın bir çox qurbanları olub. Mənim babalarım da cəbhədə vuruşublar. Oradan bir zabit kimi yaralı qayıdıblar. Elə həmin vaxt 1941-ci ilin yay ayında faşistlər tərəfindən işğal olunmuş Ukraynada onlar mənim doğmalarıma dərin quyular qazmağa məcbur ediblər. Daha sonra nasistlər tərəfindən güllə ilə qətlə yetirilən və yaralı yəhudilər bu dərələrə atılıblar".

"Nasistlər ukraynalıları təkid ediblər ki, bu dərələri qumla örtsünlər. Orada mənim babamın nənəsi Frida Modık və babamın 14 yaşlı bacısı Rivka Finkel də vəhşicəsinə qətlə yetirilib. Bundan başqa mənim doğmalrımın bir qismi ukraynalı nasistlər tərəfindən törədilən Lvov qırğınında həyatlarını itiriblər. Bəziləri  əsir düşərgələrində qaz otaqlarında boğularaq can veriblər”. 

M.Finkel, həmçinin alman millətinin bir nasistin əlində oyuncağa çevrilməsi haqqında təəssüflə danışıb.

“Bu faciə bizim xalqımızın tarixində olan ən dəhşətli faktdır. Kinlə bəslənən, təfəkkürü zay Hitler adlı bir nasist yəhudi və qaraçıları cəmiyyətin tör-töküntüsü adlandırıb. O, bizi cəmiyyətə lazım olmayan və məhvə məhkum olan varlıqlar kimi görüb.  Mənsub olduğu irqi hamıdan üstün tutan, nifrəti həyat atributuna çevirən bir insan faciədir. Çox heyif ki, dünyaya Baxı, Fixti, Höteni, bir çox alimləri, elmi bəxş edən alman milləti sərsəm Adolf Hitlerin idarə etdiyi manqurtlaşmış bir orduya çevrilmişdi”.

Politoloq gələcək nəsili doğru tərbiyə etməyin vacibliyindən də danışıb. O, bildirib ki, uşaqlara əsasən milliyətçi olmamağı, bütün insanlara sevgi ilə yanaşmağı öyrətmək lazımıdır.

“Biz bütün dünya yəhudiləri ilə bir yerdə bu günü, yaşanan tarixi faciəni hər  zaman xatırlayırıq və unutmuruq. Demək olar ki, Holokostda hər bir yəhudinin yaxını qətlə yetirilib, yaralanıb və əlil qalıb. Düşünürəm ki, biz yeni nəsillərə nifrətsiz bir həyat miras qoymalıyıq".

"Onlara milliyyətçi olmamağı, öz xalqınla yanaşı bütün irqlərə hörmətlə yanaşmağı öyrətməliyik. Onlar öz dinini sevməklə yanaşı o biri inanclara da anlayışla yanaşmalıdır”.

Sonda Finxel Azərbaycan xalqına olan dərin hörmətini də bildirib. O, Azərbaycan xalqının çox qonaqpərvər və xeyirxah olduğunu da vurğulayıb.

“Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı heç vaxt antismit bir millət olmayıb. Biz yəhudilər Azərbaycan xalqını sevir və ona dərin hörmət bəsləyirik. Xüsusilə ilə qeyt etmək istəyirəm ki, bir zamanlar Xəzər Xaqanlığı yəhudiləri həm Bizans imperiyasının, həm də ərəb xilafətinin hücumlarından xilas edib. Biz bunu xatırlayırıq. Siz çox mehriban və qonaqpərvər xalqsınız. İndiyə qədər Azərbaycanda heç vaxt yəhudilərə qarşı basqı, zorakılıq yaşanmayıb”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO