“Məhkumluqdan sonra vəzifədə çalışan vətəndaşlarımız var” – Vüqar İskəndərov 

“Məhkumluqdan sonra vəzifədə çalışan vətəndaşlarımız var” – Vüqar İskəndərov 

Hazırda oxunan: “Məhkumluqdan sonra vəzifədə çalışan vətəndaşlarımız var” – Vüqar İskəndərov 

98919

Xəbər verdiyimiz kimi, Milli Məclisin oktyabrın 11-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev məhkumluğu olan şəxslərin vəzifə tutması ilə bağlı təkliflə çıxış edib:

“Ombudsman və Media haqqında qanunda da belə bir müddəa var. Bildirilib ki, əvvəllər məhkumluğu olmuş şəxs müvafiq vəzifələrə namizəd ola bilməz.
Yəni dövlət vətəndaşa müəyyən müddətdən sonra məhkum olunmamış sayılması üçün hüquq verir, amma qanunlarda bunu nəzərə almırıq. Əvvəllər məhkumluğu olan şəxsləri heç bir vəzifəyə getməyə qoymamaqla bağlı bu müddəalar bizim hüquq fəlsəfəmizə ziddir”.

Bəs, gələcəkdə bu istiqamətdə yumşalmaların olmasına ehtiyac varmı?

Mövzuya Bizim.Media-ya açıqlamasında münasibət bildirən millət vəkili Vüqar İskəndərov qeyd edib ki, əvvəllər məhkumluğu olan şəxslərin cəmiyyətə inteqrasiya olunması ilə bağlı ölkəmizdə müvafiq qanunlar mövcuddur:

“Bu məsələ hüquqi cəhətdən tənzimlənir. Bu insanların cəmiyyətə inteqrasiya olunması, vəzifə tutmasına dərin maneələr mövcud deyil. Lakin məsələyə birtərəfli yanaşmaq da olmaz. Çünki elə vəzifələr var ki, məsələn, hüquq-mühafizə orqanlarında və digər xüsusi xidmət orqanlarının müvafiq idarələrində vəzifə tutması ilə bağlı spesifik yanaşmalar mövcuddur. Bu da təbii qarşılanmalıdır”. 

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə inzibati cəza almış, yaxud da təsadüfi baş vermiş hadisəyə görə cinayət cəzasına məhkum edilmiş şəxslərin azadlığa çıxdıqdan bir müddət sonra məhkumluğunun götürülməsi praktikası var:

“Eyni zamanda bəraət alıb, vəzifələrdə çalışan vətəndaşlarımız da var. Ümumilikdə isə qeyd etməliyik ki, bu hal-hazırda qlobal məsələ kimi gündəmdə deyil.
Hüquqi dövlət olan Azərbaycanda bu və ya digər formada olan məsələlər müvafiq qanunlarla tənzimlənir. Düşünürəm ki, gələcəkdə təkliflər olarsa, əlbəttə, bu istiqamətdə yumşalmaların olması da mümkündür”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO