Ombudsman əməkdaşları erməni əsirlərə baş çəkib

Ombudsman əməkdaşları erməni əsirlərə baş çəkib

Hazırda oxunan: Ombudsman əməkdaşları erməni əsirlərə baş çəkib

98909

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. 

Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub. 

MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı Ermənistanın cari ilin senyabr ayının 12-dən sonra əsir düşmüş hərbi qulluqçuları da qəbul edilib.

Konfidensial qəbul zamanı hər bir saxlanılan şəxs üçün tibbi xidmət, yazışma, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər) təmin olunduğu müəyyən edilib.

Qəbul edilmiş şəxslər saxlanma şəraitindən və rəftardan razılıqlarını bildiriblər. Başçəkmə zamanı həmin şəxslərə münasibətdə hər hansı fərq qoyulmadan milli və beynəlxalq hüquq normalarına uyğun hüquqlarının təmin edildiyi müşahidə olunub. 

Başçəkmənin sonunda həmin şəxslərə öz dillərində hüquqlarının əks olunduğu nəşrlər təqdim edilib. 

Qeyd olunmalıdır ki, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan da mətbuata 5 oktyabr 2022-ci il tarixində verdiyi müsahibədə geri qaytarılan erməni hərbçilərin işgəncə və pis rəftara məruz qalmadığını bildirmişdi. Bu isə Azərbaycan dövlətinin Ermənistandan fərqli olaraq saxlanılan şəxslərin hüquqlarının effektiv təmininə hörmətlə yanaşdığını və beynəlxalq hüquq normalarına əməl etdiyini bir daha təsdiq edir. 

Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində Azərbaycan tərəfi beynəlxalq hüququn normalarına riayət edib.

Azərbaycan tərəfinin yanaşmasından fərqli olaraq, Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi nəticəsində əsir düşmüş hərbi qulluqçularımıza bir dəfə də olsun, başçəkmə həyata keçirilməyib. Bundan başqa, 6 ildən artıq girovluqda saxlanmış iki soydaşımızın da hüquqları kobudcasına pozulub, ailələri ilə əlaqə saxlamaq hüququna məhdudiyyətlər qoyulub. Halbuki Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində keçirilmiş başçəkmələr zamanı erməni əsirlərə ailə üzvləri ilə əlaqə saxlamaq imkanının yaradıldığı müəyyən edilib. 

Ümumilikdə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı əsir düşmüş azərbaycanlı hərbi qulluqçular, habelə beynəlxalq hüququn tələblərinə zidd olaraq girov götürülmüş mülki vətəndaşlarımız işgəncələrə və qeyri-insani rəftara məruz qalıblar.
Birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş, girov götürülmüş, aralarında qadın və uşaqların da olduğu 3890 azərbaycanlının taleyi ilə bağlı dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüququn tələblərini pozaraq hələ də onların taleyi barədə məlumat verməkdən yayınır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO