Bakının mənasız küçə adları niyə dəyişdirilmir? – Deputatdan ETİRAZ

Bakının mənasız küçə adları niyə dəyişdirilmir? – Deputatdan ETİRAZ

Hazırda oxunan: Bakının mənasız küçə adları niyə dəyişdirilmir? – Deputatdan ETİRAZ

98852

“Bizim Suraxanı rayonundakı bəzi küçə adlarına baxanda insan məhəttəl qalır. Məsələn, “Vağzal”, “Köndələn”, “məktəb”, “Zeytun sovxozu”, “9-cu döngə” küçələri, “dərə” deyilən ərazi var və s. Bu küçələrə niyə şəhidlərimizin adı verilməsin?”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Millət vəkili Etibar Əliyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bizim.Media-dan növbəti TƏŞƏBBÜS – Bu küçələrə şəhid adları verilsin!


O, əlavə edib ki, qanunvericiliyə görə şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilə bilər. 

“Ədalət naminə deyək ki, bu sahədə vəziyyət elə də pis deyil. Hazırda paytaxtımızda şəhidlərimizin adını daşıyan onlarla küçə, məktəb və baxça var. Amma bu işin davamını gətirmək lazımdır. Mən araşdırmışam, bizim Suraxanı rayonunda 35 məktəbin 20-si, 36 baxçadan 15- şəhidlərimizin və digər tanınmış şəxslərin adını daşıyır.

Yaxşı olar ki, ad verilməyən baxça və məktəblərə də rayonumuzdan olan şəhidlərin adı verilsin. Bununla da biz həm şəhidlərimizin adını əbədiləşdirmiş olarıq, həm gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə bir töhvə verərik, həm də ucqar küçələrin abadlaşdırılması üçün bu bir fürsət olar. Bu cür hal digər rayonlarda da var, onlar da bu işə diqqət verməlidirlər”.

Məsələyə Bakı şəhər İcra Hakimiyyətinin də münasibətini öyrənmək istədik. Qurumun mətbuat xidmətindən Bizim.Media-ya bildirildi ki, səsləndirilən fikirlər Bakı şəhər İcra Hakimiyyətinin diqqətindədir. 

“Hazırda bununla bağlı müvafiq işlər aparılır. Məsələ ilə bağlı daha ətraflı məlumatı yaxın günlərdə Sizə təqdim ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO