Sumqayıtda yetkinlik yaşına çatmayanlara siqaret satılıb - REYD

Sumqayıtda yetkinlik yaşına çatmayanlara siqaret satılıb - REYD

Hazırda oxunan: Sumqayıtda yetkinlik yaşına çatmayanlara siqaret satılıb - REYD

98834

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.  

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbaut Xidməti yayıb.

Mənbə yazır ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının oktyabrın 11-də keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları (siqaret) satması aşkar edilib.  

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.  

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO