Vətən müharibəsi iştirakçısı olan 62 nəfər polis orqanlarına işə götürülüb – FOTO/VİDEO 

Vətən müharibəsi iştirakçısı olan 62 nəfər polis orqanlarına işə götürülüb – FOTO/VİDEO 

Hazırda oxunan: Vətən müharibəsi iştirakçısı olan 62 nəfər polis orqanlarına işə götürülüb – FOTO/VİDEO 

98752

Oktyabrın 11-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin məlumatında bildirilib. 

Nazir şəxsən onlayn qaydada müraciət etmiş hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Əvvəlcədən elan olunmuş tələblərə uyğun olan 337 nəfər seçilərək seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 62 nəfəri Vətən müharibəsinin iştirakçısı, 1 nəfəri isə şəhid ailəsinin üzvü olub. 
Sonda çıxış edən daxili işlər naziri V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO