Xəzər dənizindən biabırçı GÖRÜNTÜ – Ekoloji problemi yaradanlar KİMLƏRDİR? - VİDEO

Xəzər dənizindən biabırçı GÖRÜNTÜ – Ekoloji problemi yaradanlar KİMLƏRDİR? - VİDEO

Hazırda oxunan: Xəzər dənizindən biabırçı GÖRÜNTÜ – Ekoloji problemi yaradanlar KİMLƏRDİR? - VİDEO

98719

Xəzər dənizindəki ekoloji problemlər zaman-zaman müzakirə mövzusu olub. Dənizə neft artıqlarının və çirkab sularının axıdılması isə acınacaqlı durumdur.

Bizim.Media-ya Xəzərin Bakı Dəniz Vağzalı tərəfdən neft artıqları və tullantı ilə çirkləndirilməsi görüntüləri daxil olub. Videodan da məlum olur ki, bəzi neft-qazçıxarma müəssisələrinin axıntıları, eyni zamanda onlara məxsus təsərrüfat-məişət tullantıları  Xəzəri çirkləndirən əsas mənbələrdir.

Qeyd edək ki, dənizə neft artıqlarının və çirkab suların axıdılması ilə bağlı problem dəfələrlə qabardılsa da, ən böyük ekoloji problemin aradan qaldırılması istiqamətində Ekologiya və Təbii Sərvətlr Nazirliyi tərəfindən tədbirlər görülsə də, məsələ tam həllini tapmayıb.
Halbuki Xəzər dənizinin çirklənməsi dənizdəki biomüxtəlifliyin məhv olması deməkdir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən görüntülərin çəkildiyi yerdə baxış keçirildiyi və araşdırma aparıldığı bildirilib.

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva isə qeyd edib ki, yalnız sahil zolağına yaxın hissədə öz imkanları hesabına təmizlik işləri apara bilirlər:

“O ki qaldı dənizin içərisindəki hansısa tullantıya, bu, imkanlarımız xaricindədir. Uzaq məsafədə, dənizin ortasında isə tullantıları  texniki səbəbdən təmizləmək gücündə deyilik”.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO