“Gəncədə törədilən erməni terroruna ədalətli qiymət istəyirik” – ŞAHİDLƏR

“Gəncədə törədilən erməni terroruna ədalətli qiymət istəyirik” – ŞAHİDLƏR

Hazırda oxunan: “Gəncədə törədilən erməni terroruna ədalətli qiymət istəyirik” – ŞAHİDLƏR

98716

Gəncə terrorundan iki il ötür. Erməni raketlərinin viran qoyduğu ərazi necədirsə elə də qalıb. Bu ərazidə yaşayan insanlar üçün yaşayış binalarında mənzillər verilib. Onlara dəyən zərərlə bağlı kompensasiyalar ödənilib. Valideynləri itirən balacalar dövlət himayəsinə götürülüb. “Qələbə parkı” adlanan ərazidə, həmin raket zərbəsi düşən yerdə isə memorial kompleksin tikintisi planlaşdırılır.

Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı ölkə başçısı həmin raket düşən ərazidə olub və həyatını itirənlərin xatirəsini ehtiramla anaraq memorial kompleksin təməlini qoyub.
Bu gün Gəncəyə gələn bütün qonaqlar bu ərazidə mütləq olurlar. Onlar ermənilərin törətdikləri cinayətləri gözləri ilə görürlər.

Düz iki il bundan qabaq, 44 günlük Vətən Müharibəsi 14-cü günüdə gecə saat 02:00 radələrində bu hadisəni gözləri görüb şahid olanlar isə o anları heç vaxt unutmayacaqlar.

Gəncə Ermənistan ərazisindən vurulmuşdu. Dəhşətli mənzərə yaranmışdı. Bir tərəfdə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, bir tərəfdə təcili tibbi yardım briqadaları, polislər, insanlar... Hamı kiməsə yardım edə bilmək fikri ilə bura gəlmişdi.

Dağıntılar altından çıxarılan insanların gözlərində dəhşət var idi. Hərə öz yaxınını, qohumunu, qonşusunu axtarırdı.

Həmin o dəhşətli gecədə anasını itirən Sədirə Rəhimova ermənilərin dinc əhalini raketlərlə qətlə yetirmələrinin terrordan başqa adı olmadığını deyir:

“Həmin o dəhşətli gecə heç kimin xatirəsindən silinməyəcək. O gün anam, atam, qardaşım və dayım həmin evdə olublar. Bir müddət sonra atamı, qardaşımı və dayımı dağılmış binanın qalıqları altından sağ çıxara bildirlər. Amma anam yatdığı yerdə qəlpə başına dəydiyindən elə yerindəcə vəfat etmişdi. Anam kimi yüzlərlə insan erməni terrorunun qurbanı oldu. Uşaqlar anasız, atasız, valideynlər uşaqsız qaldılar.

Amam bizim beynəlxalq ictimaiyyətə sualımız var: Niyə ermənilərin kütləvi qırğın sılahlarından sayılan balistik raketlərlə dinc əhalinin qətlə yetirmələrinə hüquqi qiymət verilmir? Mənim anamın, o terror zamanı qətlə yetirilən insanların bəyəm yaşamaq haqqları deyildimi?”

Adil Ələsgərov da həmin gecədə 3 əzizini itirib, həmin gecə qardaşı Ceyhun və ailəsi üçün son gecə olub:

“Həmin raket düşən ərazidə qardaşım Ceyhun Ələsgərov yoldaşı və oğlu ilə birgə yaşayırdı. O dəhşətli gün mən də raket düşən əraziyə gəldim. O anları sözlə ifadə etmək mümkün deyildi. Dağıntılar arasından salamat insan çıxanda hamı uşaq kimi sevincdən ağlayırdı. Qardaşımın cəsədi həmin gecə tapıldı. Yoldaşı və oğlunun cəsədləri isə səhəri günü dağntılar altından çıxarıldı. Bizə bu dəhşətləri yaşadan, bu qanlı terroru törədən ermənilər mütləq cəzalanmalıdır.

Gəncəyə atılan raketlər arasında ballistik raketlər var idi. Bunları Qarabağdan yox, Ermənistan ərazilərindən atırdılar. Bu günlərdə Ukraynada dinc əhaliyə qarşı raket zərbələri endirən Rusiyaya qarşı əksər Avropa ölkələri, Qərb dövlətləri birləşib.
Bunu hərbi cinayət adlandırırlar. Bəs Gəncəyə, Bərdəyə, digər dinc əhali yaşayan ərazilər raketlər, bombalar atan terrorçu ermənilər hərbi cinayətkar deyillərmi? Dünyanın bu ikili standartı durduqca, davamlı sülhün yaranmasına da inam azalır. Biz haqqımız istəyirik, biz hamıya eyni münasibət gözləyirik”.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO