“Məni əfv et, qızım...” - QIZLAR GÜNÜNDƏ ataların təbriki – FOTO

“Məni əfv et, qızım...” - QIZLAR GÜNÜNDƏ ataların təbriki – FOTO

Hazırda oxunan: “Məni əfv et, qızım...” - QIZLAR GÜNÜNDƏ ataların təbriki – FOTO

98705

11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müyəssərliyinin, eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Təəssüf ki, zamanla Azərbaycanda qız övladına münasibət birmənalı olmayıb. Bir sıra stereotiplər qızları ailədə arzuolunmaz övlad qismində saxlayırdı. Lakin hazırda cəmiyyətdə baş verən dəyişikliklər arasında qız övladlarına olan münasibət də yer alıb.

Əksər ailələr, hətta xüsusi ilə ata olmaq istəyənlər daha çox qız övladını arzulayırlar. Elə məhz aşağıda qeyd edəcəyimiz atalar kimi.

Qız övladı olan atalar Bizim.Media vasitəsi ilə Beynəlxalq Qız Övladları Günü münasibəti ilə öz qız övladlarına səmimi təbriklərini çatdırıb. Ataların qızlarına olan arzuları isə birmənalı olaraq eynidir. Həmin xoş arzuları siz də oxuyun:

Elayın atası Azər Abbaslı:




“Qız uşaqları gözəllikdir, səadətdir. Allah bütün balaları saxlasın. Arzular çoxdu ürəyimdə, həmişə onu xoşbəxt görmək istəyirəm. Bütün valideynlər kimi qızıma uğurlar arzulayıram. Əlbəttə ki, bolluca şans diləyirəm, bütün balalar xoşbəxt olsunlar həmişə”.

Aylinin atası Elşən Həsənov:


“Əziz qızım, səni xoşbəxt görmək mənim ən böyük arzularımdan biridir. Sən mənim balaca mələyim, parlayan dan ulduzumsan. Uğur hər zaman səninlə olsun, qızım. Səni çox sevirəm. Bu gün münasibəti ilə səni və bütün qız övladları təbrik edirəm. Bir ömür sağlam, xoşbəxt və hüzurlu həyat yaşayasınız”.

Nərminənin atası Tural Məmmədov:




“Nə yaxşı ki, mənim qızımsan. Sənin gəlişin, varlığın mənim üçün böyük sevincdir. Arzum budur ki, bir ömür xoşbəxt olasan. Savadlı olub, uğur qazanıb, öz ayağın üzərində durmağı bacarasan. Mərhəmət və vicdan hisləri səni heç zaman tərk etməsin, gözəl qızım. Günün mübarək”.

Səkinənin atası Cavid Quluzadə:





“Mənim gözəl qızım, bu gün münasibəti ilə səni təbrik edirəm. Evimizin şirini, bəzəyi, dadı-duzusan. Sənin xoşbəxtliyin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Allahdan sən də daxil olmaqla bütün qızlarımızın xoşbəxt və sağlam olmağını istəyirəm. Biz valideynlərin hər zaman fəxri olasınız”.

Şəhla və Əsmərin atası Bəhruz Hüseynov:



“Bir ata öz qızlarına nə arzu edə bilər ki? Bəxtləri gözəl həmçinin əməli-saleh övladlardan olsunlar. Mən uşaqlıqdan arzu edirdim ki, qızım olsun anamın adını verim, çox şükürlər olsun ki, arzum gerçəkləşdi və 1 yox, 2 qızım oldu. Nə yaxşı ki, mənim övladlarımsınız, bütün gül balaların bayramı mübarək olsun”.

Biz də ataların gözəl təbrikinə qoşularaq gül qoxulu, çiçək qızlarımızı gün münasibəti ilə təbrik edirik. Tək bir gün yox, hər gün sizin olsun!

Sonda isə Fərhad Köçərin “Kızım” mahnısını bütün ataların adından sizlərə ərmağan edirik! 

Səkinə Yusibli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO