Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5 405 manat olan “MilliÖn” ödəniş terminalı oğurlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar.
Bu şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər. Araşdırma zamanı müəyyən edilib ki, ödəniş terminalı həmin ərazidən Saleh Nağızadəyə məxsus avtomobillə aparılıb.
Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, Hadisədə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 11.10.2022
Bakıda ödəmə terminalı oğurlandı - FOTO/VİDEO
Hazırda oxunan: Bakıda ödəmə terminalı oğurlandı - FOTO/VİDEO
Hazırda oxunan: Bakıda ödəmə terminalı oğurlandı - FOTO/VİDEO
98636
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.