"Ermənistan üstünlüyü itirdiyi üçün hərbi cinayətlərə əl atdı" - MN

Hazırda oxunan: "Ermənistan üstünlüyü itirdiyi üçün hərbi cinayətlərə əl atdı" - MN

98599

"Müharibədə Ermənistan taktiki üstünlüyü itirdiyini qəbul etmədiyinə görə hərbi cinayətlərə əl atdı".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq Təşkilatlarla və Qərb ölkələri ilə əməkdaşlıq şöbəsinin rəis müavini, polkovnik-leytenant Rəşad Əhmədov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, müharibələrin aparılmasının da beynəlxalq normaları var:

"Gəncə terroru zamanı bütün normalar pozulub. Ermənistanın mülki insanlara hücumu Azərbaycan daxilində çaxnaşma yaratmaq məqsədi dayışıb. Müharibədə Ermənistan taktiki üstünlüyü itirdiyini qəbul etmədiyinə görə hərbi cinayətlərə əl atıb. Azərbaycan isə bu cinayətlərə cavabı döyüş meydanında verdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO