Azərbaycanda rus sonluqlu soyadlar nə zaman qadağan olunacaq? - AÇIQLAMA

Azərbaycanda rus sonluqlu soyadlar nə zaman qadağan olunacaq? - AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda rus sonluqlu soyadlar nə zaman qadağan olunacaq? - AÇIQLAMA

98475

Azərbaycanda vətəndaşların mütləq əksəriyyəti hələ də sovet dövründənq alma soyad sonluqlarından qurtulmayıb. Hələ də insanların çoxu soyadının sonunda “ov”, “yev” yazdırırlar. Bu barədə qanun olsa da o könüllüdür. 

Belə bir vəziyyətdə məsələni birdəfəlik həll etmək üçün görəsən bu barədə yekun qərar olacaqmı? Biz “ov”, “yev”lərdən nəhayət nə zaman qurtulacağıq?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov bildirir ki, sovet soyad sonluğu olan “ov”, “yev”lərdən ancaq və ancaq maarifləndirmə yolu ilə xilas ola bilərik: 

“Bu barədə qərar var. Azərbaycan insanı könüllü olaraq istədiyi soyadını götürə bilər. Burada məcburi tələb yoxdur. Yeni nəsil təbii ki, milli soyadlarını götürür.

Bu barədə tələb qoymaq düzgün olmaz. Çar Rusiyasına qədər soyadımız necə olubsa, belə olması məqbuldur. Çünki hər bir xalq üçün soyadı da önəmlidir. Milli mənsubiyyət onunla bilinir.

Bu məsələdə hər bir şəxs öz düşüncəsini ifadə etməkdə azaddır. Bununla belə könüllülük prosesinin sürətləndirilməsi üçün də insanları maarifləndirməliyik”.  

Deputat Razi Nurillayev isə düşünür ki, insanlar soyad sonluqları uyğun gəlmədiyindən hələ ki, onu dəyişməyə tərəddüd edir.

Onun fikrincə, milli soyad sonluqlarına mövcud olanlardan əlavə yeni variantlar da əlavə edilməlidir:

“Hazırda parlamentdə “ov”, “yev”lərdən qurtulmaq istiqamətində elə bir ciddi müzakirələr aparılmır. Eyni zamanda, həmin soyadlarından azad olmaq üçün heç bir hüquqi məhdudiyyət də yoxdur. Hər kəs azad şəkildə həmin məsələni həll edə bilər.

Bu istiqamətdə məcburiyyət olmamalıdır. Yeni doğulan uşaqların mütləq əksəriyyəti sovet sonluqlarından artıq xilas olublar. Öz soyadımı milliləşdirmək üçün uyğun sonluq variantı tapa bilmirəm.
Razı Nurulla olsam, adın və soyadın ikisinin də eyni cür səslənməsi məni narahat edir. Bu zaman hansının ad, hansının soyad olması bilinmir. Normal variantlar olsaydı, çox insan soyadını çoxdan milliləşdirərdi. Həmin variantlar qanunvericilik səviyyəsində olmasa da, tövsiyyə şəklində verilə bilər. Yəni sonluq variantları daha çox olmalıdır ki, insanlar bu prosesdə maraqlı olsunlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO