"Davam" beynəlxalq kampaniya ilə bağlı hazırlıqları yekunlaşdırıb – FOTO  

Hazırda oxunan: "Davam" beynəlxalq kampaniya ilə bağlı hazırlıqları yekunlaşdırıb – FOTO  

98474

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən “Beynəlxalq sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi mövzusunda kampaniyanın keçirilməsi” adlı layihənin icrası davam edir.  

Bizim.Media xəbər verir ki, layihə “Davam” Gənclər Hərəkatı tərəfindən start verilən informasiya müharibəsi ilə bağlı maarifləndirmə, praktiki təlim və kampaniyalardan ibarət fəaliyyət gündəliyi olan “İnfomüharibə ayı” çərçivəsində keçirilir.  

Layihə çərçivəsində 30 nəfərlik fərqli iştirakçı qrupları ilə yekun 5 təlim baş tutub.

Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynovanın təqdimatında keçirilən təlimlər zamanı mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə, cari statistik məlumatlar, informasiya müharibəsinin əhəmiyyəti və sosial media, xüsusilə "Twitter" üzərində həyata keçiriləcək sosial media kampaniyasına hazırlıqla bağlı ətraflı məlumat verilib və gənclərin çoxsaylı sualları cavablandırılıb.  

Qeyd edək ki, layihənin əsas məqsədi beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına çağırış etməkdir. 

Eyni zamanda, minalanmış ərazilərin xəritələri və digər zəruri məlumatların Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə çağırış etməkdir. 

Məqsədlərdən biri də işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verməkdir. 

Həmçinin, sülh naminə birgə səylər göstərməyə mail olmaqdır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO