2 əsrlik yaşı olan tarixi abidəyə qanunsuz MÜDAXİLƏ – Dövlət Xidməti hərəkətə keçdi

2 əsrlik yaşı olan tarixi abidəyə qanunsuz MÜDAXİLƏ – Dövlət Xidməti hərəkətə keçdi

Hazırda oxunan: 2 əsrlik yaşı olan tarixi abidəyə qanunsuz MÜDAXİLƏ – Dövlət Xidməti hərəkətə keçdi

98465

Bakıda XIX əsrə aid memarlıq abidəsinə qanunsuz müdaxilə edilib. 

Söhbət Mərdəkan qəsəbəsində yerləşən və Şirvanşahlar dövrünə aid olan  "Xanbaba hamamı"ndan gedir. Yerli əhəmiyyətli tarixi abidənin üzərində su çəni quraşdırılıb ki, bu da yolverilməzdir. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmisi Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında sözügedən abidədə qanunsuz müdaxilə aşkarlandığını bildirib:

“”Xanbaba” hamamı xüsusi mülkiyyətdir və şəxsin həyətindədir. Qanunidir və abidələrin xüsusi mülkiyyət olmasına qanunvericilik izn verir. Xüsusi mülkiyyətdə olsa belə tarix-memarlıq abidələri dövlət  nəzarətindədirsə və siyahıdadırsa, bu zaman ona hər hansı müdaxilə yolverilməzdir. Təmir-bərpası isə mütləq qaydada bizim qurumla razılaşdırılmalıdır.

Qanunsuz müdaxilə aşkarlanıb. Protoklaşdırılıb, akt tərtib edilib və şəxs cərimələnib.

Mülkiyyətçinin özü də səhvini anlayıb. Sadəcə vətəndaş həmin çənin sökülməsi ilə bağlı vəsaiti olmadığı üçün bir qədər bizdən vaxt istəyib. Xüsusi mülkiyyət olduğu üçün biz içəri daxil olub, demontaj edə bilmirik. Bizim qurum sökülmə prosesini icra etmir. Yaxın vaxtlarda əməkdaşlarımızın iştirakı ilə orada demontaj prosesləri həyata keçiriləcək”, deyə qurum rəsmisi əlavə edib.

Məlumat üçün bildirək ki, “Xanbaba” hamamı təxminən 1482-83-cü illərdə yerli sakin tərəfindən tikilib. El arasında “Xanbaba” hamamı adlanan bu abidənin Şirvanşahlar dövründə tikildiyi, Tuba Şahi məscidi ilə yaşıd olduğu ehtimal edilir. XIX əsrdə hamam təmir edilərək qapıları sökülüb və  qapı yerləri hündürə qaldırılıb.

Burada əvvəllər çimmək üçün isti su gildən düzəldilən saxsı borularla gələrmiş. XIX əsrdə onlar sökülərək dəmir borularla əvəz olunub. Uzun illər burada hamamçı işləyən Xanbabanın adı ilə el arasında "Xanbaba hamamı" adlanıb. Hamamın qapısı bağlı olsa da, sağ hissəsindəki divarda sovet dönəmindən yadigar qalan ərəb, rus və kiril əlifbası ilə olan yazılar hələ də qorunub saxlanılır.
1968-1970-ci illərdə Respublika Mədəniyyət Nazirliyinin Elmi-Bərpa Layihə bürosunun mütəxəssisləri tərəfindən ölçü cizgiləri və bərpa layihəsi hazırlanıb, 1970-1972-ci illərdə abidədə müəyyən istehsalat işləri aparılıb. Hamam 1990-cı ilə qədər öz funksiyası üzrə fəaliyyət göstərib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO