Sumqayıtda nənəsini boğaraq öldürən şəxs hakim qarşısına çıxarılır

Sumqayıtda nənəsini boğaraq öldürən şəxs hakim qarşısına çıxarılır

Hazırda oxunan: Sumqayıtda nənəsini boğaraq öldürən şəxs hakim qarşısına çıxarılır

98438

Sumqayıtda nənəsini öldürməkdə təqsirləndirilən Nicat Əliyevin işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.media xəbər verir ki, iş üzrə toplanan materiallar araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər məhkəməsinə göndərilib.

İşə hakim Hafiz Əliyevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin vaxtı müəyyən edilməyib.

Qeyd edək ki, bu il iyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO