Analara körpəsinə süd verməyi kim qadağan edir? - Doğum evlərində SÜNİ QİDA TƏLƏSİ 

Analara körpəsinə süd verməyi kim qadağan edir? - Doğum evlərində SÜNİ QİDA TƏLƏSİ 

Hazırda oxunan: Analara körpəsinə süd verməyi kim qadağan edir? - Doğum evlərində SÜNİ QİDA TƏLƏSİ 

98392

Doğum evlərində süni qida qanunsuzluğu davam edir. Son vaxtlar ictimaiyyətdə bununla bağlı şikayətlərin sayı daha da artıb. Süni qida məhsullarının tibb müəssisələrində reklamı qadağan edilsə də buna məhəl qoyulmur. İllərdir ki, yeni doğulan körpələrə süni qida verilməsinə qarşı mübarizə aparmaq mümkün olmur. 

Süni qida şirkətləri məhsullarını satmaq üçün bütün üsullardan istifadə edir. Həmin şirkətlərin əməkdaşları nəinki xəstəxanaları, evləri də qapı­qapı gəzir, bəzən məhsulları hədiyyə kimi ailələrə verirlər. Təbliğat forması o qədər şirnikləndirici olur ki, analar özləri də hiss etmədən vicdansız işin qurbanına çevrililirlər. 
Bu azmış kimi, əksər analar etimad etdikləri həkimlər tərəfindən də müxtəlif bəhanələrlə inandırılır, körpələrinə ilk gündən süni qidalar təklif olunaraq öyrəşdirilir. Daha çox qeysəriyyə əməliyyatından çıxmış analara hormonal böhranda olduqları bəhanəsilə süni qida tövsiyyə edilir, normal ana olmadıqlarına inandırılaraq ana südündən istifadəyə imkan verilmir. İlk gündən süni qida dadan körpə isə ana südündən imtina edir.

Çox rahatlıqla xəstəxana və aidiyyəti şirkətlərin tələsinə düşən valideynlər özləri də bilmədən körpələrinin sağlamlıqları ilə oynayırlar. Ən böyük zərbə isə gələcəyimizə dəyir. Körpələr həm sağlam qidadan məhrum olur, həm də valideynləri gərəksiz yerə əlavə xərcə düşür.

Süni qidaların “od tutan” qiymətlərindən isə danışmağa dəyməz. 

Tanınmış pediatr Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında bildirib ki, ana südünün faydaları ilə bağlı illərdir aparılan geniş təbliğatlara sanki əhəmiyyət verən yoxdur:

“Qeyd edilən məsələnin kütləvi olduğuna inanmıram. Hardasa bir və ya iki doğum evində həkim süni qida təbliğatı apara bilər. Amma deməzdim ki, hər yerdə sistemli şəkildə yeni doğulan uşaqlara həkimin təkidi ilə süni qida verilir. Əksinə, analar südü olsa belə, öz xoşları ilə körpələrinə ana südü vermirlər.
Bu da daha çox sistemləşib. Məsələn, doğum evindən yenicə çıxmış ana soruşur ki, uşağa hansı smesi verim? Deyirəm, ana südü niyə vermirsən? Cavab verir ki, hamı smes verir, ona görə...Bir qədər yaşlı ginekoloqlar süni qidaya meyllidirlər. Amma son vaxtlar xəstəxanalarda sayı çoxalan gənc ginekoloqlarun uşağa süni qida verilməsinin qarşısına çıxırlar. O ki qaldı süni qida firmalarına, bir qayda olaraq doğum evləri həmin işçilərə qarşı qapını bağlamalıdır”. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO