Məktəblərdə baş verənlər vahid mərkəzdən idarə olunur – Təhsili gözdən salmaqda məqsəd NƏDİR?

Məktəblərdə baş verənlər vahid mərkəzdən idarə olunur – Təhsili gözdən salmaqda məqsəd NƏDİR?

Hazırda oxunan: Məktəblərdə baş verənlər vahid mərkəzdən idarə olunur – Təhsili gözdən salmaqda məqsəd NƏDİR?

98386

Cəmiyyətimizdə linc etmək istəyi aşıb-daşır. Hər kəs qarşısına çıxanı, tanıyıb-tanımadığı, günahı olub-olmamasını müəyyən etmədən qarşı tərəfi nəinki ən ağır şəkildə tənqid edir, hətta onu təhqir etməkdən belə çəkinmir. Bu linc etmək istəyi çox təssüf ki, çox zaman ədalətin bərpasından qaynaqlanmır. Sanki, hər kəs içindəki mənfi enerjini, pislikləri tökmək üçün subyekt axtarır. Və ilk qarşısına çıxana da bunu edir.

Bu qorxunc tendensiya nə yazıq ki, çox zaman hələ yenicə həyata tutunmaq istəyən, müstəqil həyata atılmaq eşqi ilə alışıb-yanan məktəblilərə yönəlib. Son vaxtlar davamlı şəkildə sosial şəbəkələrdə məktəblərdən müxtəlif məzmunlu videolar paylaşılır.
Sonra da uşaqlı-böyüklü tökülüşürük məktəb direktorunun, Təhsil nazirinin üzərinə. Və onları ədalətsizcəsinə tənqid yox, mühakimə edirik. Məsələn, 112 nömrəli məktəbdə baş verən insidentə görə niyə direktor cəzalandırıldı. Hər orta məktəbdə ortalama min şagird təhsil alır. Direktorun fiziki cəhətdən imkanı yoxdur ki, eyni zamanda bütün şagirdlərə və siniflərə nəzarət etsin. 

Üstəlik, hamımız şagird olmuşuq. Kim deyə bilər ki, “mən məktəbdə hansısa qoğvaya qarışmamışam”. Təbii ki, hamımız belə bir stiuasiyanın içinə düşmüşük. Bəs, elə isə niyə ədalət hissini itiririk? 
Hələ onu demirik ki, bu gün övladlarımızın çoxunda 2-3 telefon var. Onlar məktəbə gedəndə nəzarətçiyə birini təhvil verir. Digərləri isə özündə qalır. Belə vəziyyətdə kimdir günahkar?

Millət vəkili, tanınmış jurnalist Aqil Abbas haqlı olarqa günahı nə direktorda, nə də dalaşan uşaqlarda görür:

“Uşaq dalaşar da... Əsas günah onları kameraya çəkən və aralamayan digər şagirdlərdədir. Məktəb direktorunun və müəllimin o qədər də günahı yoxdur. Məktəbdəki bütün şagirdlərə nəzarət etmək mümkün deyil. Evində tərbiyə görməyən uşağa məktəbdə necə tərbiyə versinlər?! Bu məsələdə valideyn də günahkardır”... Gündəm dəyişmək üçün ortaya  atılan hadisədir”.

Aqil müəllimin son dediklərinə fikir verin:

“Gündəmi dəyişmək üçün ortaya atılan hadisədir”. Bəli, bu gün insanlar yaşadıqları sosil-iqtisadi, mənəvi-psixoloji problemdən doğan qəzəbi kimlərsə məqsədli şəkildə gənc nəslin üzərinə yönləndirir. Kimlərsə bu cür xırda və lüzumsuz vasitələrlə gündəm yaradır. 

Bu cür olaylarda maraqlı tərəflər də görünür. Məsələn, 112 nömrəli məktəbin cəza alan rəhbəri direktor əvəzi idi. Deməli, kimlərsə onun direktor olmasını istəməyib. Və bəlkə də həmin adamlar məktəbdə bu olayı təşkil edib, lentə aldırıb və sosial şəbəkələrdə yayımlayıb və son nəticədə istəyinə nail olub. 
112 nömrəli məktəbdə olanlar bir daha sübut etdi ki, Azərbaycanda istənilən məktəb direktorunu çox asanlıqla ləkələmək olar. Yeni dərs ilinin başlamasının hələ bir ayı tamam olmayıb. Bununla belə, sosial şəbəkələrdə yayılan görüntülərə və səs yazılarına görə 10-a yaxın məktəb direktoru ən ağır şəkildə cəzalandırılıb.

Deməli, bu işdə maraqlı qüvvələr var. Bəs, elə isə niyə biz həmin qüvvələrin alətinə çevrilirik? Ən dəhşətlisi, körpələrimizi niyə həmin qara qüvvələrin maraqlarına qurban veririk?

Sual açıq qalır... Araşdırmaq isə tək Elm və Təhsil Nazirliyinin işi deyil.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO