Fevralın 1-dən dərslər həm əyani, hə də distant keçiriləcək 

Fevralın 1-dən dərslər həm əyani, hə də distant keçiriləcək 

Hazırda oxunan: Fevralın 1-dən dərslər həm əyani, hə də distant keçiriləcək 

9835

“Bakıda 316 məktəb var, onlardan 308-i ümumtəhsil müəssisəsidir. Karantin rejiminin yumşalması ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, fevralın 1-dən əyani tədris prosesi başlayacaq”.

Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlər üçün “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda keçirilən onlayn seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Dərslər həftədə 3 dəfə olacaq


Onun sözlərinə görə, fevralın 1-dən məktəbəqədər qruplar, ibtidai siniflər həftədə 3 dəfə əyani təhsilə keçə biləcəklər, sonrakı 2 həftə ərzində V-IX siniflər barədə qərar qəbul olunacaq:

“Fevralın 1-dən hibrid tədrisi yenidən təşkil edəcəyik, əyani ilə yanaşı, distant forma da davam etdiriləcək“.

Bakı məktəblərində fevral ayının 1-dən 274 məktəbdə 1092 sinif, 27122 uşaq əyani məktəqədər təhsilə başlayacaq. Eyni zamanda 44904 şagird I-IV siniflərdə əyani təhsilə davam edəcək.

O bildirib ki, əyani təhsilin niyə 3 gün olmasına gəldikdə, bu, bizdən asılı deyil, mövcud qaydalara uyğun verilən qərardır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO