Beyləqanda 14 yaşlı şagird məktəbdən evə qayıdarkən qaçırılıb.
Bizim.Media xəbər verir ki, hadisə Beyləqan rayonunun Qaralılar kəndində baş verib.
2008-ci il təvəllüdlü qızın anası iddia edir ki, övladı həmkəndlisi tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Onun sözlərinə görə, hadisə 2 gün əvvəl günorta saatlarında orta məktəbin yaxınlığında baş verib.
Hadisəni eşidən kimi qızın yaxınları dərhal polisə məlumat veriblər.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, əməliyyat tədbirləri nəticəsində qaçırılan qız tapılıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Mövzu ilə bağlı Xəzər televiziyasının hazırladığı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media