Hadrutun işğaldan azad edilməsinin 2-ci ildönümü qeyd edildi - FOTO

Hadrutun işğaldan azad edilməsinin 2-ci ildönümü qeyd edildi - FOTO

Hazırda oxunan: Hadrutun işğaldan azad edilməsinin 2-ci ildönümü qeyd edildi - FOTO

98277

Xocavəndlilər Hadrutun işğaldan azad edilməsinin 2-ci ildönümü qeyd edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir Xocavənd qəsəbəsi "Şəhidlər" Memorial Abidə Kompleksində baş tutub. Mərasimdə rayon rəsmiləri, şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, o cümlədən yerli sakinlər iştirak edib.

Öncə Şəhid məzarları ziyarət edilib. Onların ruhuna sayqı duruşu ilə ehtiram göstərilib.

Rayon rəhbəri Eyvaz Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı.
Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Bu müharibə Ordumuzun gücünü dünyaya nümayiş etdirdi.

Başçı həmçinin bildirib ki, 2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək tarixi uğura imza atdı. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən işğalından azad edildi.

Hadrutun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını daha da artırdı, Zəfərə gedən yolda strateji üstünlük qazandırdı.

Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə barışa bilmirdilər. Düşmən anlayırdı ki, Azərbaycan Ordusu artıq Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra Ordumuzun Şuşaya yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi.

Tədbirdə digər çıxış edənlər də Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin tarixi, strateji əhəmiyyətindən danışıblar. 

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin   təşkilatçılığı ilə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medalların təqdimetmə mərasimi də  təşkil olunub. Müharibə iştirakçılarına medallar təqdim edlib.
Sonda məktəblilərin hazırladıqları şeirlərdən ibarət kompozisiya nümayiş olunub.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO