Lazer epilyasiyası QADAĞAN EDİLMƏLİDİR? – Həkim ağır fəsadlardan DANIŞDI

Lazer epilyasiyası QADAĞAN EDİLMƏLİDİR? – Həkim ağır fəsadlardan DANIŞDI

Hazırda oxunan: Lazer epilyasiyası QADAĞAN EDİLMƏLİDİR? – Həkim ağır fəsadlardan DANIŞDI

98147

Dünyanın əksər ölkələrində lazer epilyasiyası qadağan edilib. Lazer epilyasiyası dəridə və insanın digər orqanlarında ciddi fəsadlar törətdiyi məlum olub və xərçəngə qədər yol açan bu prosesi saxlamağı məsləhət görüblər.

Bir yaxınlarda isə Türkiyədə də gözəllik salonlarında bəzi prosedurların edilməsinə qadağa qoyulub.

Bununla bağlı olaraq Məssisənin Açılması və İş Lisenziyaları haqqında Əsasnaməyə dəyişiklik edilib. Dəyişikliyə əsasən, lazer və ya IPL (Güclü İmpulslu İşıq) həyata keçirilən sızanaqların müalicəsi, dərinin cavanlaşması, varikozların aradan qaldırılması, piqmentli lezyonların yox edilməsi kimi tibbi prosedurlar artıq gözəllik salonlarında həyata keçirilməyəcək. 

Di gəl ki, ölkəmizdə lazer epilyasiyası və lazerlə dəri üzərində digər əməliyyatlar özünün sürətli inkişaf mərhələsindədir. Ən pisi də odur ki, bunu həyata keçirənlərin tam əksəriyyəti orta təhsilli insanlardır. 
Dermotoloq Nizami Valehoğlu Bizim.Media ilə söhbətində bu məsələnin ölkəmizdə də ciddi problem olduğunu söylədi:

“Gündəlik praktikada çoxlu sayda xəstələrlə rastlaşırıq ki, onlar lisenziyasız və müvafiq ixtisası olmayan insanlar tərəfindən xidmət görürlər. Və bu “xidmətlər” səbəbilə həddindən çox ağırlaşmalar olur. Ən pisi də odur ki, bu prodsedurların bir çoxu üz nahiyyəsində aparıldığı üçün kifayət qədər fəsadlar yaradır. Nəticədə, bu da insanların psixoloji durumuna mənfi təsir edir, kompleks yaradır”. 

Dermotoloq onu da əlavə etdi ki, lazer əməliyyatı kənardan çox sadə görünə bilər, amma bu əməliyyatlar dəri tiplərinə və fəsilə uyğun aparılması çox önəmlidir:

“Fetspatrik sıralamasına görə 6 dəri tipi var. İlk öncə o dəri tipini müəyyən etmək lazımdır. Və lazer ona uyğun dozalanmalıdır.

Dəri tipini müəyyən etməksə özü bir ixtisasdır. Səhv diaqnoztika aparıldıqda dəridə həddindən çox çapıq toxuması yaranır. Piqmentasiyalar qalır. Hansı ki, o piqmentasiyaların müalicəsini aparmaq biz həkimlər üçün də çox çətindir. Bu müalicə bəzən bir-iki il çəkir. Bəzənsə müalicəsi mümkün olmur”.
Nizami Valehoğlu tövsiyyə edir ki, yaxşı olardı ki, bizdə də Türkiyədə olduğu kimi bu iş ixtisaslaşmış və sertifikat almış insanlar tərəfindən aparılsın. 

“Bu sahəyə nəzarət gücləndirilsin. Sonra hamımız üçün gec ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO