Gəncədə “Hər kəs bilsin, həyat davam etsin!” adlı aksiya keçirilib – FOTO 

Gəncədə “Hər kəs bilsin, həyat davam etsin!” adlı aksiya keçirilib – FOTO 

Hazırda oxunan: Gəncədə “Hər kəs bilsin, həyat davam etsin!” adlı aksiya keçirilib – FOTO 

98135

Azərbaycanda “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlarda profilaktik müayinə və maarifləndirmə aksiyalarına start verilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “Hər kəs bilsin, hbəyat davam etsin!” devizi altında başlanan aksiya çərçivəsində ilk olaraq Gəncə şəhər Onkoloji Xəstəxanasında Milli Onkologiya Mərkəzinin mütəxəssisləri tərəfindən qadınlar arasında süd vəzisi xəstəlikləri üzrə profilaktik müayinələr aparılıb.

Ümumilikdə 150-dən çox sakini aksiyada iştirak edib.

Müayinələrin nəticələri əsasında xəstəlik riski olanlar daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.  

Həmçinin, qadınlarla profilaktik söhbət aparılıb, yerində məsləhətlər verilib. Layihənin davamı olaraq Gəncə Dövlət Filarmoniyasında “Süd vəzisi xəstəliklərinin müasir müayinə və müalicəsi“ mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi, Milli Onkologiya Mərkəzinin mütəxəssisləri, eləcə də Gəncə şəhəri, Goranboy, Göygöl, Samux, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Naftalan rayonlarında çalışan 100-ə yaxın onkoloq, ginekoloq, uroloq və cərrah iştirak edib.  
 Konfransda çıxış edənlər ölkədə onkologiya sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr, erkən müayinələrin və maarifləndirmə işlərinin əhəmiyyətindən danışmış, “Süd vəzisi xəstəliklərinə müasir yanaşma”, “Süd vəzisi xərçənginin onkoplastik və rekonstruktiv cərrahiyyəsi”, “Trofoblastik xəstəliklər”, “Süd vəzisi xərçənginin müasir müalicə prinsipləri” və digər mövzularda  maraqlı təqdimat və məruzələri dinlənilib. Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO