Quba almasının Rusiya bazarına çıxışı DAYANDIRILIB – Rayonda məhsul yığımı isə DAVAM EDİR 

Quba almasının Rusiya bazarına çıxışı DAYANDIRILIB – Rayonda məhsul yığımı isə DAVAM EDİR 

Hazırda oxunan: Quba almasının Rusiya bazarına çıxışı DAYANDIRILIB – Rayonda məhsul yığımı isə DAVAM EDİR 

98119

Ağ alması ilə dillər əzəbəri olan Quba rayonunda məhsul yığımına başlanılıb. Oktyabr ayı Quba almasının ən gözəl vaxtlarıdır. İndi bağların yanından ötəndə rəngbərən almaları necə yetişdiyinin şahidi olursan və ətrini də məsafədən hiss etmək mümkündür.

Artıq rayonda bir müddətdir alma yığımına start verilib. Bu barədə Bizim.Media-ya Quba Dövlət Aqrar İnkişaf Mrkəzinin bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov açıqlama verib.

Onun sözlərinə görə, rayonda 13050 hektar alma bağı var:

“Onlardan təxminən 350 hektarı subintensiv-yeni salınan bağlardır. İndiyədək rayonda 52 min ton alma yığılıb. Məhsuldarlıq orta hesabla keçən ilkinə uyğundur. Keçən il hektardan 95 sentner məhsul götürülmüşdü, bu il də ona bərabərdir”.

Sektor müdirinin sözlərinə görə, ata-baba sortları yetişdirilən klassik bağlarda məhsuldarlıq aşağıdır:

“Bu bağlarda məhsuldarlıq 95 sentneri keçmir. Səbəbi həmin ağacların yaş dövrünün keçməsi və əsasən həmin sortların rayonun dağ kəndlərində dəmyə şəraitində əkilməsidir. Ata-baba sortlarından adətən ən yüksək - 230 sentner məhsul götürmək mümkündür. Ondan yuxarı bar vermir”.

Mütəxəssis deyir ki, amma yeni salınan sortlarda məhsuldarlıq 400-600 sentner arasındadır. Həmin meyvə ağacları damlama-damcı yolu ilə suvarılır:

“İndi bağlarda meyvənin intensiv yığım vaxtıdır, amma yağışlı hava yığıma təsir edir, iki gün yağışlı hava səbəbindən yığım dayanıb”.

Onun sözlərinə görə, Quba almasının əsas satış bazarı Rusiyadır. Qonşu dövlətdə baş verən məlum hadisələrlə bağlı son günlər məhsulun Rusiyaya göndərilməsi də dayanıb. Fermerlərə verilən məlumata görə, bir neçə günə bu sahədəki problem aradan qaldırılacaq.

Hələlik bəzi fermerlər məhsulunu soyuducu anbarda saxlamağa üstünlük veriirlər. Qubada tutumu 42000 ton olan 17 soyuducu anbar var.
Bu il Qubada 125 min ton alma yığılması gözlənilir. Keçən il bu rəqəm 114 min ton təşkil edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO