Millət vəkili lal və kar uşaqların dövlət hesabına cərrahi əməliyyat olunmasını təklif edir.
Moderator.az xəbər verir ki, Milli Məclisin bu günkü plenar iclasında millət vəkili Musa Quliyev lal və kar uşaqların ölkədə cərrahi əməliyyat olunması üçün lazımi şəraitin yaradılması və bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsini təklif etdi.
O bildirdi ki, lal və kar uşaqlar 3 yaşınadək cərrahi əməluiyyat olmazsa, onalrın problemi həll olunmayacaq. “İldə Azərbaycanda 100-150 lal və kar uşaq xa0 dünyay gəlir. Artıq belə şəxslərin azərbaycanda cərrahi əməliyyat aparılması xa0mümkündür. Bu uşaqların gələcəkdə ailəyə və dövlətə yük olmasın deyə dövlət bu sahədə ciddi tədbirlər görməlidir. Belə cərrahi əməliyyatlar 15-20 min manat civarında həyata keçrilir. Əgər dövlər ildə belə uşağların cərrahi əməliyatı üçün büdcədən 2 milyon manat ayrılsa, bundan əlavə olaraq xa0xəstəxanalar xa0lazımı tibbi avadanlıqla təmin olunarsa yaxşı olar”x9d, -deyə millət vəkili vurğuladı.
Musa Quliyev eyni zamanda müəlim və həkimlərin sosial ipotekadan istifadə etmək imkanı əldə edilməsi üçün xüsusi kateqoriyaarın seçilməsini təklif etdi. O bildirdi ki, bu gün müəllim və həkimlərin maaşları sosial ipotekadan istifadə etməyə imkan vermir. Təklif edirəm ki, müəllim və həkimlər xa0sosial ipotekadan istifadə etməsi üçün onlar xüsusi kateqoriya seçilməsini təklif edirəm”x9d

































































































