Azad olunan ərazilərə 1 milyona yaxın turistin səfəri gözlənilir

Azad olunan ərazilərə 1 milyona yaxın turistin səfəri gözlənilir

Hazırda oxunan: Azad olunan ərazilərə 1 milyona yaxın turistin səfəri gözlənilir

98101

Azad olunan ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfəri gözlənilir. 

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib. 

O qeyd edib ki, bu, daha böyük perspektivlərdən xəbər verir. 

“Qarabağın inkişafı və bərpası, o cümlədən, bölgənin turizm potensialının düzgün reallaşdırılması bundan sonra hər birimizin qarşısında şərəfli və məsuliyyətli missiya olaraq qalır.
Qeyd olunan işlərin icrasında nəinki dövlət qurumları, o cümlədən, hər bir vətəndaşımız, xaricdə yaşayan azərbaycanlılar səfərbər olmalıdır",- deyə E.Hüseynov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO