Gəncədə maraqlı layihə - Ekoloji Park Kompleksi yaradılır - FOTO 

Gəncədə maraqlı layihə - Ekoloji Park Kompleksi yaradılır - FOTO 

Hazırda oxunan: Gəncədə maraqlı layihə - Ekoloji Park Kompleksi yaradılır - FOTO 

98098

Qərb bölgəsində ilk dəfə Gəncədə Ekoloji Park Kompleksi yaradılır. Bu ilin əvvəlindən srtart götürən layihə fərqli və müasir dizaynı ilə seçiləcək.  

Bizim.Media-nın yerli bürosuna Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən məlumata görə, “Gülçülük sahəsi”ndə yaradılan Ekoloji Park Kompleksinin ümumi sahəsi 11 hektardır. Hazırda burada sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli oranjereya binasının inşası həyata keçirilir.  

Ümumi hündürlüyü 22 metr olacaq binanın əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılacaq.

Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdirilərək, ziyarətçilərə nümayiş olunacaq.

Regionda bir ilk olacaq Ekoloji Park Kompleksi fərqli və müasir dizaynı ilə seçilməklə yanaşı, ərazidə əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar da ziyarətçilərin ixtiyarına veriləcək. Layihəyə uyğun olaraq Gəncəçay çayının sağ sahilində 200-300 metrlik məsafədə bulvar kompleksinin də yaradılması nəzərdə tutulur.  
Ziyarətçilər buradan keçərək Ekoloji Park Kompleksinin zəngin flora və faunası ilə yaxından tanış ola biləcəklər.

Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində yaradılacaq Ekoloji Park Kompleksində MKTİB-in Gülçülük və tingçilik təsərrüfatının gündəlik fəaliyyəti də ziyarətçilərə təqdim olunacaq. Burada həm də piknik məkanları yaradılacaq.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO