2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Bizim.Media Vətən müharibəsinin 12-ci gününün xronikasını təqdim edir:
- Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncə, Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini ağır artilleriyadan atəşə tutması nəticəsində 1 mülki şəxs həlak oldu, 1 mənzil dağıldı.
- Saat 8:00-da Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini də atəşə tutdu.
- Düşmən ordusunun Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar kənd tam orta məktəbinə külli miqdarda ziyan dəydi.
- Elə həmin saatlarda düşmən Ağdamı yenidən raket atəşinə tutdu. Nəticədə rayonun Böyükbəyli kəndinə düşən mərmi səbəbindən 2 mülki şəxs xəsarət aldı.
- Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Oğuz rayonunun Xaçmaz kəndi sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edildi.
- Saat 11:30-da isə Ermənistan silahlı qüvvələri Bərdə şəhərini yenidən atəşə tutdu.
- Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raketin düşməsi nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşən raketlər 5 mülki şəxsin yaralanmasına səbəb oldu, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə ziyan dəydi.
-Ermənistan silahlı qüvvələri həmçinin "Toçka-U" taktiki raket kompleksindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə Smerç reaktiv yaylım atəş sistemi vasitəsilə raket zərbələri endirdi.
-Saat 12:30-da Müdafiə Nazirliyi gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastruktur və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayımladı.
- Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası və hərbi kolunu da artilleriya atəşi ilə məhv edilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 08.10.2022
Vətən müharibəsinin 12-ci günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO
Hazırda oxunan: Vətən müharibəsinin 12-ci günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO
Hazırda oxunan: Vətən müharibəsinin 12-ci günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO
98013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.