Payız DEPRESSİYASI – Çıxış yolu nədir?

Payız DEPRESSİYASI – Çıxış yolu nədir?

Hazırda oxunan: Payız DEPRESSİYASI – Çıxış yolu nədir?

98006

“Payız mövsümündə insanlar daha çox depressiyaya düşür. Ortalama götürsək hər 5 nəfərdən biri depresiyyaya qapanır. Müxtəlif psixoloji hallar yaşayır. Bəlkə də bu payızın təbiətiylə bağlıdır. Payız romantik bir fəsildir. Bundan əlavə payız fəslində insanların orqanizmində vitamin çatışmamazlığı yaranır. İmmun sistemindəki çatışmazlıq da depressiyaya səbəb olur. Ümumiyyətlə, fəsil dəyişəndə həssas insanlarda depressiv simptomlar daha çox özünü göstərir. Payızda isə bu hal birə beş artır”.

Bu fikirləri psixoloq Gülnarə Abuzərova payız depressiyalarından Bizim.Media-ya danaışanda söyləyib. 

O əlavə edib ki, depressiyaya düşən insanlarda süstlük, passivlik müşahidə olunur. Adamlarda gündəlik işə və vərdişlərə həvəs kəskin şəkildə aşağı düşür. Depressiyaya qapılan adam daha çox problemlər, neqativ şeylər barədə düşünür. Bildiyimiz kimi insan orqanizmində müsbət və mənfi harmonlar var. Depressiyyaya meyilli insanlarda da mənfi harmonlar daha da aktivləşir”.

Tanınmış psixoloq depressiyadan qurtulmaq yollarından da danışıb:

“Depressiyadan qurtulmaq üçün insanlar öz düşüncələrini pozitiv şeylərə kökləməyə çalışmalıdırlar.  Hər şey insanın öz əlindədir. Depressiya yaşayan insan ətrafındakı müsbət enerjili, həyat eşqi güclü olan tanışları ilə daha çox ünsiyyətdə olmalıdır. Ən əsası vaxtlarını təbiət qoynunda keçirməli və təmiz hava qəbul etməlidir. Şükranlıq da insanı depressiyadan qoruyur. İnsan gərək hər ötən gününə, yaşadığı gözəl şeylərə şükür etsin.
Payızdakı depressiyalar mövsümi olduğu üçün keçicidir. Uzun müddətli qalmır. Amma bütün hallarda depressiyadan qurtulmağın tək yolu sevgidir, sabaha inamdır və sevdiyin insanların əhatəsidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO