İşğaldan azad edilən torpaqlarda öz işığımız yanacaq

İşğaldan azad edilən torpaqlarda öz işığımız yanacaq

Hazırda oxunan: İşğaldan azad edilən torpaqlarda öz işığımız yanacaq

980

İşğaldan azad edilən  və ediləcək rayonlarda yeni 110 kV-luq yarımstansiyalar  tikiləcək.

Bizim.Media-ya “Azərenerji” ASC -dən verilən məlumata görə elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işi tamamlamaq üzrədir.

Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiya tikiləcək. Onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.

Paralel olaraq “Azərişıq” ASC-də 35 kV-luq yarımstansiyaların tikilməsi ilə əlaqədar layihələndirmə  aparılır. Şəhərsalma işləri görülən  zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması da  planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO