Kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 223 mənzil təklif edildi

Kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 223 mənzil təklif edildi

Hazırda oxunan: Kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 223 mənzil təklif edildi

97995

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına daha 223 tam təmirli mənzil əlavə edilib. O cümlədən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə 36 mənzil təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir.

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 187 mənzil təklif olunur.

Bizim.Media xəbər verir ki, şəffaflığın və operativliyin təmin olunması məqsədilə vətəndaşların müraciətləri tam elektronlaşdırılıb.

Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 17 oktyabr 2022-ci il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, 2020-ci ildən indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmindən 2 491 ailə faydalanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, habelə EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO